...

Mexikoda koronavirusa mümkün yoluxma halı araşdırılır

Dünya xəbərləri Materials 11 Fevral 2020 05:23 (UTC +04:00)
Meksikanın Epidemiologiya Baş İdarəsi Mexiko şəhərində yeni növ koronavirusa mümkün yoluxma halını araşdırır
Mexikoda koronavirusa mümkün yoluxma halı araşdırılır

Bakı. Trend:

Meksikanın Epidemiologiya Baş İdarəsi Mexiko şəhərində yeni növ koronavirusa mümkün yoluxma halını araşdırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 3-27 yanvar tarixlərində Baotaoda olan 37 yaşlı Çin vətəndaşı yoxlanılır.

Xatırladaq ki, yeni növ koronavirusun yayıldığı müddət ərzində Meksikada 10 mümkün yoluxma halı araşdırılıb. Araşdırılan hallardan heç biri təsdiqlənməyib.

Meksikanın Milli Muxtar Universitetinin tədqiqatçılarının sözlərinə görə, bir neçə həftə ərzində infeksiya ölkəyə daxil olacaq.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti