...

Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Dünya xəbərləri Materials 21 Fevral 2020 03:19 (UTC +04:00)
Rusiyanın S-400 zenit raket sistemləri təxminən aprel ayından sonra istifadəyə veriləcək
Türkiyə S-400  zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Bakı. Trend:

Rusiyanın S-400 zenit-raket kompleksləri təxminən aprel ayından sonra istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Naziri Hulusi Akar bildirib.

H.Akar qeyd edib ki, hazırda təlim prosesi davam edir, işlər plana uyğun aparılır, heç kim buna şübhə etməməlidir.

Akar əlavə etdi ki, təxminən aprel ayından sonra S-400 istifadəyə veriləcək.

Qeyd edək ki, iyulun 12-də Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 komponentlərinin Türkiyəyə göndərilməyə başlandığını açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti