...

Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi

Dünya xəbərləri Materials 28 Fevral 2020 07:45 (UTC +04:00)
Almaniya Konstitusiya Məhkəməsi evtanaziyanın tam qadağasını qanunsuz hesab etdi
Almaniya məhkəməsi evtanaziya hüququnu müdafiə etdi

Bakı. Trend:

Almaniya Konstitusiya Məhkəməsi evtanaziyanın tam qadağasını qanunsuz hesab etdi.

Trend-in məlumatına görə, Cinayət Məcəlləsinin intihara kömək göstərilməsinə görə cəzalandırılmasını nəzərdə tutan maddəsi qüvvədən düşüb. Maddə beş il əvvəl qəbul edilib.

Konstitusiya Məhkəməsinin fikrincə, insanın baza hüquqları öz həyatını müstəqil və istədiyi kimi idarə etmək azadlığını nəzərdə tutur.

"Bu azadlıq evtanaziya etmək üçün digərlərindən kömək istəmək və bunun üçün təklif olunan qərarlardan istifadə etmək hüquqlarını da özündə saxlayır", - Almaniya KM-nin sədri Andreas Foskule deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti