Bakı. Trend:
Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 49 reys təxirə salınıb, 6 reys isə ləğv edilib.
Trend-in məlumatına görə, bu, şəhər ərazisində qeydə alınan dumanla əlaqədardır.
Qeyd olunur ki, “Vnukovo”da 24, “Domodedovo”da 13, “Şeremetyevo”da isə 12 reys təxirə salınıb.