Bakı. Trend:
Yeni Zelandiya polisi Kraystçerç şəhərində məsciddə törədilmiş terror aktının ildönümü ilə əlaqədar şəhərdəki məscidlərin ətrafında mühafizəni gücləndirib.
Trend-in məlumatına görə, son günlərdə bununla bağlı məscidlərə təhdid məktubları daxil olub.
Xatırladaq ki, ötən il marıtn 15-də Kraystçerçdə məscidə hücum zamanı 51 nəfər həlak olmuş, 50 nəfər isə yaralanmışdı. Hücum Yeni Zelandiya hökuməti tərəfindən terror aktı kimi qəbul edilmişdi.
Hadisə ilə əlaqədar 28 yaşlı avstraliyalı Brenton Tarrant həbs edilib.