...

Panamada koronavirusa yoluxanların sayı min nəfəri ötüb

Dünya xəbərləri Materials 31 Mart 2020 09:00 (UTC +04:00)
Panamada yeni növ koronavirusa (COVİD-19) daha 86 nəfər yoluxub
Panamada koronavirusa yoluxanların sayı min nəfəri ötüb

Bakı. Trend:

Panamada yeni növ koronavirusa (COVİD-19) daha 86 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin sahiyyə naziri Rosario Terner mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1075 nəfər çatıb, onlardan 888 nəfəri yaşadığı ünvanda təcrid olunub, 109 nəfərə isə xəstəxanalarda zəruri yardım göstərilir. Bildirilir ki, xəstəxanalarda olan xəstələrdən 43-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Panamada koronavirusa ilk yoluxma halı martın 9-u qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti