...

Filippinin şimalında güclü zəlzələ olub

Dünya xəbərləri Materials 15 Aprel 2020 08:51 (UTC +04:00)
Filippin arxipelaqının şimal hissəsində 5,0 bal gücündə zəlzələ baş verib
Filippinin şimalında güclü zəlzələ olub

Bakı. Trend:

Filippin arxipelaqının şimal hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Honq Konq Rəsədxanasının seysmoloji şəbəkəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:01 qeydə alınıb.

Zəlzələnin episentri Laoaq şəhərindən 240 km şimal-şərqdə (Şimali Ilocos əyalətinin inzibati mərkəzi), ən böyük Filippin adası Luson adasından şimalda Sakit Okeanda olub.

Təlafat, dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti