...

Ermənistanda koronavirusa yoluxanların sayı 1 300 nəfəri keçib

Dünya xəbərləri Materials 20 Aprel 2020 11:10 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 1 339 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 48 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Ölkədə, həmçinin iki nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 22 nəfər koronavirusun qurbanı olub, 737 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti