...

Dövlət Departamenti bir daha Türkiyəni sanksiyalarla hədələyib

Dünya xəbərləri Materials 21 Aprel 2020 02:47 (UTC +04:00)
Dövlət Departamenti bir daha Türkiyəni sanksiyalarla hədələyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti bir daha Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almasının Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə səbəb ola biləcəyini xatırladıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Reuters"ə Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs deyib.

M.Ortequs bildirib: "Biz S-400 (alınması üzrə - red.) razılaşmasının "CAATSA" ("Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə" qanunu - red.) çərçivəsində sanksiyaların tətbiq edilməsi üzrə davam edən müzakirələrin mövzusu olaraq qaldığını ən yüksək səviyyələrdə vurğulamağa davam edirik. Bu razılaşma həmçinin ikitərəfli və NATO çərçivəsində münasibətlərə əsas maneə olaraq qalır. Əminik ki, (Türkiyə Prezidenti Rəcəb Tayyib - red.) Ərdoğan və onun yüksək vəzifəli məmurları bizim mövqeyimizi anlayırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti