...

Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək

Dünya xəbərləri Materials 23 Aprel 2020 07:17 (UTC +04:00)
ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərmək niyyətindədir, bundan sonra avadanlıq İspaniya və İtaliyaya da gedəcək
Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək

Bakı. Trend:

ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərmək niyyətindədir, bundan sonra avadanlıq İspaniya və İtaliyaya da gedəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdə keçirilmiş brifinqdə ABŞ prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün (22 aprel) aparatlara ehtiyacı olan bir sıra ölkələrin dünya liderləri ilə danışdım. 500 ədəd aparatı Meksikaya, daha bir 500 aparatı Fransaya göndəririk, İspaniya, İtaliyaya [müəyyən miqdarda] göndərəcəyik".

D.Trampın sözlərinə görə, hazırda ABŞ-da təxminən 10 min ədəd miqdarında strateji süni tənəffüs aparatı ehtiyatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti