...

ABŞ-da qasırğa nəticəsində 5 nəfər həlak oldu

Dünya xəbərləri Materials 23 Aprel 2020 11:02 (UTC +04:00)
ABŞ-ın Oklahoma və Texas ştatlarında baş vermiş qasırğa nəticəsində azı 5 nəfər həlak olub
ABŞ-da qasırğa nəticəsində 5 nəfər həlak oldu

Bakı. Trend:

ABŞ-ın Oklahoma və Texas ştatlarında baş vermiş qasırğa nəticəsində azı 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 20 nəfər müxtəlif xəsarətlər alıb.

Qeyd olunur ki, 3 nəfər Texasın Onalaska şəhərində təbiət hadisəsinin qurbanı olub.

Qasırğa zamanı küləyin sürəti saniyədə 18 metrə çatıb.

Hər iki ştat ərazisində infrastruktura da ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti