...

Braziliyada koronavirusa yoluxanların sayı 100 mini ötüb

Dünya xəbərləri Materials 4 May 2020 07:14 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 100 mini ötüb

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 100 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, ötən sutka ərzində ölkədə 4 588 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 101 147 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzində koronavirusdan 275 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 7 025 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti