...

Ermənistanda son sutkada 146 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 9 May 2020 11:14 (UTC +04:00)
Ermənistanda son sutkada 146 nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 3 175 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 146 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 44 nəfər koronavirusun qurbanı olub, 1 852 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti