...

İtaliya sərhədlərini açır

Dünya xəbərləri Materials 16 May 2020 07:52 (UTC +04:00)
İtaliya sərhədlərini açır

Bakı. Trend:

İtaliya hakimiyyəti ölkəyə giriş-çıxışla bağlı bütün məhdudiyyətləri iyunun 3-dən ləğv etməyi qərara alıb.

Trend-in məlumatına görə, 3 iyun tarixindən etibarən ölkə daxilindədə sərbəst hərəkətə icazə veriləcək.

Qeyd edilir ki, bu qərar COVID-19 pandemiyası səbəbindən dünyanın müxtəlif ölkələri tərəfindən tətbiq olunan ən sərt karantin məhdudiyyətlərinin ciddi şəkildə yumşalması tədbiri olacaq. İtaliyanın bölgələri məhdudiyyətlərin daha tez qaldırılmasını istəyiblər, lakin baş nazir Cuzeppe Konte infeksiyaların ikinci dalğasının qarşısını almaq üçün normal həyata qayıtmağı tədricən həyata keçirmək yolunu üstün tutub.

İtaliyada koronavirusun yayılması başladığı gündən indiyədək 223,8 min yoluxma hadisəsi qeydə alınıb, ölüm hallarının sayi isə 31,6 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti