...

İspaniya parlamenti yüksək hazırlıq rejimini uzadır

Dünya xəbərləri Materials 21 May 2020 00:39 (UTC +04:00)
İspaniya parlamenti yüksək hazırlıq rejimini uzadır

Bakı. Trend:

İspaniyada deputatlar konqresi (parlamentin aşağı palatası) yeni növ koronavirusun yayılması ilə əlaqədar hökumətin yüksək hazırlıq rejimini iyunun 7-dək uzatmaq barədə sorğusunu təsdiqlədi.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, mart ayının ortalarında nazirlər şurası sakinlərin ölkədə yerdəyişmələrin məhdudlaşdıran bu rejimin 15 gün uzadılması barədə qərar qəbul edib. Lakin rejimin uzadılması üçün konqresin təsdiqi lazım olub. Bu parlamentin rejimin uzadılmaslı barədə təsdiq etdiyi 5-ci qərardır.

Bildirilir ki nazirlər kabineti daha əvvəl rejimin 15 gün əvəzinə bir ay uzadılmasını istəyiblər.

İspaniya koronavirusdan dünyada ən çox zərər çəkən ölkələrdən biridir. Ölkədə infeksiyanın yayılmasından indiyədək 232,5 mindən çox virusa yoluxma hadisəsi müəyyən edilib, 27 888 xəstə ölüb. Hazırda İspaniyada koronavirusun yayılması azalmaqdadır və hökumət tədricən məhdudiyyətləri qaldırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti