...

Avstriya üç ölkə ilə sərhədləri açır

Dünya xəbərləri Materials 21 May 2020 16:47 (UTC +04:00)
Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq
Avstriya üç ölkə ilə sərhədləri açır

Bakı. Trend:

Avstriya hökuməti iyunun 15-dən etibarən Almaniya, Lixtenşteyn və İsveçrə ilə sərhədləri açacaq.

Trend-in məlumatına görə, bunu ölkənin kansleri Sebastyan Kurtsa deyib.

O bildirib ki, hazırda digər həmsərhəd ölkələrlə danışıqlar davam edir.

Qeyd edək ki, Avstriya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərdə sanitar nəzarət tətbiq etmişdi.

Vyana iyunun 14-dək bir sıra ölkələrlə aviaəlaqəni dayandırıb. Avstriyaya gələn şəxslər 14 gün müddətində özünütəcrid rejiminə əməl etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti