...

ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 İyun 2020 06:35 (UTC +04:00)
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ABŞ-ın Feyrfild şəhərində (Kaliforniya ştatı) göyərtəsində 3 nəfərin olduğu mülki helikopter qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, helikopter elektrik xəttinə dəyib və avtomobil yolunun yaxınlığında düşüb və alışıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Qəza nəticəsində 3 nəfər həlak olub.

Bildirilir ki, hadisə yerinə gələn yanğınsöndürən maşınlardan biri aşıb və nəticədə 3 nəfər xəsarət alıb.

Məlumata əsasən, helikopterdə yerli qaz şirkətinin əməkdaşları olub. İnsident nəticəsində 38 min ev təsərrüfatı və digər tikililər işıqsız qalıb.

X X X

05:47

ABŞ-ın Feyrfild şəhərində (Kaliforniya ştatı) helikopter qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, "Bell 206" mülki helikopteri avtomobil yolunun yaxınlığında qəzaya uğrayıb və alışıb.

Bildirilir ki, helikopterdə 3 nəfər olub. Qəza nəticəsində ölənlər və yaralananlar barədə hələki məlumat yoxdur.

Hadisə yerində xilasedicilər işləyir, qəzanın səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti