...

Türkiyədə koronavirusdan sağalanların sayı 130 min nəfəri ötüb

Dünya xəbərləri Materials 3 İyun 2020 22:33 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 130 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 24 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 609 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 867 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 166 422 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 931 nəfər olmaqla 130 852 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 52 305 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti