...

Türkiyədə daşqın nəticəsində iki nəfər həlak olub (FOTO)

Dünya xəbərləri Materials 22 İyun 2020 08:17 (UTC +04:00)
Türkiyədə daşqın nəticəsində iki nəfər həlak olub (FOTO)

Bakı. Trend:

Türkiyənin Bursa vilayətində daşqın nəticəsində iki nəfər həlak olub.

Trend-in məlumatına görə, bölgədə itkin düşən 4 nəfərin axtarışı davam edir.

Daşqın Bursa vilayətinin Kestel rayonunun Dudaklı, Narlıdere, Gölcuk, Sarıkaya, Kayacık və Aksu məhəllərində baş verib.

Hadisə yerinə daxili işlər naziri Süleyman Soilu gəlib. 257 nəfərdən ibarət axtarış-xilasetmə qrupu itkin düşən 4 nəfərin axtarışlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti