...

Niderlandda karantin rejiminə qarşı etirazlar keçirilib - Yüzlərlə saxlanan var

Dünya xəbərləri Materials 22 İyun 2020 13:21 (UTC +04:00)
Niderlandda karantin rejiminə qarşı etirazlar keçirilib - Yüzlərlə saxlanan var

Bakı. Trend:

Niderlandın Haaqa şəhərində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminə qarşı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, dinc şəkildə başlayan aksiya daha sonra iğtişaşlara çevrilib.

Etiraz edənlər polisə müxtəlif əşyalar atıb. Polis etirazçıların sosial məsafə qaydalarını pozması ilə əlaqədar aksiyanın qarşısını almağa çalışıb.

Nəticədə 400-dək aksiya iştirakçısı saxlanılıb.

Qeyd edək ki, bu günədək Niderlandda 49,5 mindən çox şəxs koronavirusa yoluxub, 6 090 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti