...

Çində ötən sutka ərzində 21 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Dünya xəbərləri Materials 27 İyun 2020 13:47 (UTC +04:00)
Çində ötən sutka ərzində 21 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 21 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in məlumatına görə, yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 17-si isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 12 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 483 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti