...

Metsamor AES-in fəaliyyəti dayandırılıb

Dünya xəbərləri Materials 1 İyul 2020 14:07 (UTC +04:00)
Metsamor AES-in fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası (AES) plan-xəbərdarlıq tədbirləri ilə əlaqədar təxminən iki aylıq müddətə işini dayandırıb

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, AES-in fəaliyyəti böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə dayandırılıb.

Stansiya 65 gün müddətinə - iyulun 1-dən sentyabrın 3-dək təmirə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti