...

Çində ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb

Dünya xəbərləri Materials 6 İyul 2020 05:31 (UTC +04:00)
Çində ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 4 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarının üçü xaricdən gələn xəvətndaşlarda, biri isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Məlumata əsasən, hazırda xəstəxanalarda 405 nəfərin müalicəsi davam edir, onlardan 6 nəfərinin vəziyyəti ağırdır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanl 83,5 min nəfərin 93,96 faizi sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti