...

İranda koronavirusa yoluxanların sayı 260 min nəfəri keçib

Dünya xəbərləri Materials 14 İyul 2020 14:02 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 260 min nəfəri keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 521 nəfərin koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 262 173 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 3 389 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 179 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 13 211 nəfərə yüksəlib.

Nazirlik rəsmisi İranda indiyədək 225 270 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, İranın 31 vilayətindən 25 vilayəti qırmızı və narıncı zona olaraq qiymətləndirilir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,02 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti