...

Hindistanda daşqınlar - 100-dən çox ölü

Dünya xəbərləri Materials 27 İyul 2020 11:59 (UTC +04:00)
Hindistanda daşqınlar - 100-dən çox ölü

Bakı. Trend:

Hindistanda daşqınlar 110 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, təbii fəlakətdən daha çox Assam və Bihar ştatları zərər çəkib.

Assam ştatında Brahmaputra çayının daşması 2,5 milyon sakinə ziyan vurub. Daşqın zonasından yüz minlərlə sakin təxliyə edilib. Onların müvəqqəti məskunlaşması üçün 450-dən çox düşərgə təşkil edilib.

Bihar ştatında Qanq çayının daşması davam edir. Burada 1,5 milyon insana ziyan dəyib. Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri zərər çəkmiş rayonlara humanitar yardım daşınması üçün cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti