...

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 13 Avqust 2020 17:57 (UTC +04:00)
Ərdoğanla Merkel arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, danışıqlar zamanı tərəflər Şərqi Aralıq dənizi regionunda hazırkı vəziyyət başda olmaqla digər regional məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.

Bundan başqa, tərəflər Türkiyə-Almaniya münasibətlərini də müzakirə ediblər.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Şərqi Aralıq dənizində neft axtarışlarını dayandırmasının məqsədəuyğun olduğunu deyib. O, həmçinin Fransanın bölgədə hərbi mövcudluğunu artıracağını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti