...

ABŞ Polşada qoşunlarının sayını artırır

Dünya xəbərləri Materials 15 Avqust 2020 15:28 (UTC +04:00)
ABŞ Polşada qoşunlarının sayını artırır

Bakı. Trend:

ABŞ və Polşa arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişə əsasən, ABŞ-ın Polşadakı hərbi qulluqçularının sayı daha min nəfər artırılacaq.

Bundan başqa, ABŞ Quru Qoşunlarının beşinci korpusunun komandanlığı Polşada yerləşəcək.

Sənədi ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Polşanın Milli müdafiə naziri Mariuş Blaşak imzalayıb.

Qeyd edək ki, hazırda Polşada 5 min ABŞ hərbçisi qulluq edir. Bir müddət əvvəl ABŞ Almaniyadakı hərbi kontingentini azaldacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti