...

Türkiyədə koronavirus vaksininin sınaqları başlayır

Dünya xəbərləri Materials 28 Avqust 2020 10:20 (UTC +04:00)
Türkiyədə koronavirus vaksininin sınaqları başlayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə koronavirus vaksininin sınaqları başlayacaq.

Trend-in məlumatına görə, sınaqlarda ölkənin müxtəlif regionlarından 700 könüllü iştirak edəcək.

Vaksinin sınaqlarını sentyabrın əvvəlində başlaması planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə bu günədək 263 998 nəfər koronavirusa yoluxub, 6 209 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti