Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 14 521 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 137 521 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 447 nəfər ölüb, ölənlərin ümumi sayı 126 650 nəfər təşkil edir.