...

Oreqon ştatında meşə yanğınları 10 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 06:21 (UTC +04:00)
Oreqon ştatında meşə yanğınları 10 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-ın Oreqon ştatında meşə yanğınları nəticəsində 10 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Keyt Braun mətbuat konfransı zamanı deyib.

Qubernator bildirib: "Təəssüf ki, yanğınla əlaqədar 10 nəfərin öldüyünü öyrəndik. Bunu bizim məhkəmə ekspertlərimiz də təsdiqlədi".

Onun sözlərinə görə, Kanada, həmçinin Şimali Dakota və Miçiqan ştatlarının hakimiyyətləri Oreqona yanğınsöndürmə briqadaları göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti