...

Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 400-ə yaxınlaşır

Dünya xəbərləri Materials 25 Sentyabr 2020 11:21 (UTC +04:00)
Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 400-ə yaxınlaşır

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 48 643 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 392 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 947 nəfər koronavirusdan ölüb, 4 002 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti