...

İranda 239 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 7 Oktyabr 2020 15:23 (UTC +04:00)
İranda 239 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 239 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 27 658 nəfər ölüb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 019 nəfər koronavirusa yoluxub. Bununla da İrana bu virusa yoluxanların sayı 483 844 nəfərə çatıb. Virus daşıyıcılarından 4 274 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 397 109 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti