Bakı. Trend:
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rayimberdi Duyşenbiyevi istefaya göndərib.
Trend-in məlumatına görə, bu barədə müvafiq fərman imzalanıb.
Digər fərmanla sabiq müdafiə naziri Taalaybek Omuraliyev yeni Baş Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, qısa müddət əvvəl baş nazir Kubatbek Boronovun rəhbərlik etdiyi hökumət istefaya göndərilmişdi.