...

Amsterdam rəhbərliyi Milad üçün evləri bəzəmək qaydalarını sərtləşdirəcək

Dünya xəbərləri Materials 10 Dekabr 2020 08:28 (UTC +04:00)
Amsterdam rəhbərliyi Milad üçün evləri bəzəmək qaydalarını sərtləşdirəcək

Bakı. Trend:

Amsterdam rəhbərliyi Miladdan tətilləri üçün evləri işıqlı çələnglərlə bəzəmək qaydalarını sərtləşdirməyə qərar verdi.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, təqdim olunan plana əsasən, yerli sakinlər binaları yalnız enerjiyə qənaət edən lampaları olan çələnglərlə bəzəyə biləcəklər.

Bundan əlavə, işıqlandırma bəzəkləri gecələr söndürüləcək və ev sahibi işıqlı çələngin fasadın bir kvadrat metrini aşdığı təqdirdə, evini bəzəmədən ən azı üç gün əvvəl bələdiyyə orqanlarını xəbərdar etməlidir.

Səlahiyyətli orqanlar 2021-ci ildə qüvvəyə minəcək belə qərarın həm insanların, həm də heyvanların yuxusuna mane ola biləcək həddindən artıq işıqlandırmaya qarşı mübarizə çərçivəsində verildiyini qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti