...

Ermənistanda yol qəzası - Hərbçilər xəsarət alıb

Dünya xəbərləri Materials 4 Yanvar 2021 11:43 (UTC +04:00)
Ermənistanda yol qəzası - Hərbçilər xəsarət alıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın Vayotsdzor vilayətində baş vermiş qəzada iki hərbi qulluqçu xəsarət alıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Yerevan-Mehri yolunda baş vermiş qəza nəticəsində 5 nəfər, o cümlədən iki hərbçi xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti barədə məlumat verilməyib. Hərbçilərdən biri xidmət rəisi vəzifəsində qulluq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti