...

Toyota 2021-ci ildə rekord istehsal həcminə çatmağı hədəfləyib

Dünya xəbərləri Materials 4 Fevral 2021 08:31 (UTC +04:00)
Toyota 2021-ci ildə rekord istehsal həcminə çatmağı hədəfləyib

Bakı. Trend:

Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motor" şirkəti 2021-ci ildə 9,2 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu da müfaviq göstərici üçün rekord olacaq.

Trend-in məlumatına görə, bu barədə "The Nikkei" qəzeti mənbələrə istinadən bildirib.

Qeyd edilib ki, bəyan edilmiş istehsal həcmi avtomobil istehsalçısının 2020-ci ildə əldə etdiyi göstəricilərdən 17 faiz çox olacaqdır. Vurğulanıb ki, istehsal həcmindəki artım Yaponiya, Çin, ABŞ və Avropa bazarlarında avtomobillərə gözlənilən tələbatın bərpası ilə əlaqələndirilir.

Yanvarın 28-də Toyota 2020-ci ildə 9,53 milyon avtomobil satıldığını qeyd edilən hesabat yayımlayıb. Beləliklə, Yaponiya avtomobil istehsalçısı digər avtomobil şirkətləri arasında bu göstəricidə lider oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti