...

İngiltərədə 1941-ci ilin bunkeri hərraca çıxarılıb

Dünya xəbərləri Materials 5 Fevral 2021 16:31 (UTC +04:00)
İngiltərədə 1941-ci ilin bunkeri hərraca çıxarılıb

Bakı. Orxan Nəbiyev - Trend:

İngiltərədə 1941-ci ildə radar mərkəzi kimi inşa edilmiş bunker hərraca çıxarılıb.

Trend-in məlumatına görə, iki mərtəbədə 60 otağı əhatə edən bunker həm də bomba sığınacağı kimi fəaliyyət göstərib.

Bunkerin ilkin satış qiyməti 545 min dollardan çox dəyərləndirilib.

1958-ci ildə həmin obyekt Böyük Britaniya Daxili İşlər Nazirliyinin balansına keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti