...

Türkiyədə son sutkada koronavirusdan 8 567 nəfər sağalıb

Dünya xəbərləri Materials 9 Fevral 2021 00:51 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 8 567 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 103 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 900 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 8 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 539 559 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 567 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 449 273 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti