...

Konqoda İtaliya səfiri öldürülüb

Dünya xəbərləri Materials 22 Fevral 2021 15:33 (UTC +04:00)
Konqoda İtaliya səfiri öldürülüb

Bakı. Orxan Nəbiyev - Trend:

Konqo Demokratik Respublikasının Qoma şəhərində BMT Ümumdünya Ərzaq Proqramınını missiyasına silahlı hücum edilib.

Trend-in məlumatına görə, hücum nəticəsində İtaliyanın Konqo DR-dakı səfiri Luka Attanazio öldürülüb.

Bundan başqa, səfiri müşayiət edən italiyalı polis əməkdaşı həlak olub. Azı bir nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, hücum edənlərin məqsədi missiya üzvlərini girov götürmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti