...

İsraildə koronavirusa daha 4 329 yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 24 Fevral 2021 04:32 (UTC +04:00)
İsraildə koronavirusa daha 4 329 yoluxma qeydə alınıb

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 329 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 758 810 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 712 002 nəfəri sağalıb, 5 631 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti