...

Suriyanın şimalında raket hücumu nəticəsində mülki şəxslər yaralanıb - Türkiyə Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 15 Mart 2021 07:28 (UTC +04:00)
Suriyanın şimalında raket hücumu nəticəsində mülki şəxslər yaralanıb - Türkiyə Müdafiə Nazirliyi

Bakı. Trend:

Suriyanın Hələb şəhərindəki Kuveyres hava limanından atılan raketlər Suriyanın Cerablus və Əl-Bab rayonunda yaşayış məntəqələri və neft tanklarına düşüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində yazıb.

Bu ərazilər Türkiyə Silahlı Qüvvələrinin "Fərat Qalxanı" antiterror əməliyyatının keçirilmə bölgəsindədir.

Nazirliyin verdiyi məlumata görə, hücum nəticəsində mülki şəxslər yaralanıb. Atışma ballistik raketlər və çox lüləli raket qurğuları tərəfindən həyata keçirilib.

Məlumata görə, hücumdan qısa müddət sonra Rusiya Federasiyasına mülki şəxslərə qarşı hücumların dayandırılması zərurəti barədə xəbərdarlıq edilib və müəyyən edilmiş hədəflərə cavab atəşi edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti