...

Atlantik okeanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 20 Mart 2021 09:08 (UTC +04:00)
Atlantik okeanda güclü zəlzələ olub

Bakı. Trend:

Atlantik okeanda, Portuqaliya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Azor adaları arxipelaqında yerləşən Santa-Kruş-da-Qrasioza yaşayış məntəqəsindən 912,4 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti