...

Tayvanın şərqində sərnişin qatarı relsdən çıxdı

Dünya xəbərləri Materials 2 Aprel 2021 08:32 (UTC +04:00)
Tayvanın şərqində sərnişin qatarı relsdən çıxdı

Bakı. Trend:

Tayvanın şərqində sərnişin qatarı relsdən çıxıb. İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlər var.

Trend-in məlumatına görə, bu barədə adanın Mərkəzi informasiya agentliyi bildirib.

Hadisə Hualyan qəzası ərazisində qatarın dağ tunelinə daxil olmasından sonra baş verib. Qatarın səkkiz vaqonunda 350-dən çox sərnişin olub.

Xilasedicilər qəza yerinə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti