...

Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub

Dünya xəbərləri Materials 19 May 2021 13:52 (UTC +04:00)
Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub

Bakı. Orxan Nəbiyev - Trend:

Antarktidada dünyanın ən böyük aysberqi buzlaqdan qopub.

Trend-in məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyi bildirib.

Qeyd olunub ki, A76 aysberqinin sahəsi təxminən 4 320 kvadrat kilometr təşkil edir. Buz dağının uzunluğu 170 kilometr, eni 25 kilometrə bərabərdir.

Aysberq hazırda Ueddell dənizində hərəkət edir.

İndiyədək qeydə alınmış ən böyük aysberqin sahəsi 3 880 kvadrat kilometr idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti