...

Çexiyada təxminən 30 min ailə yağışlar səbəbindən işıqsız qaldı

Dünya xəbərləri Materials 30 İyun 2021 07:26 (UTC +04:00)
Çexiyada  təxminən 30 min ailə yağışlar səbəbindən işıqsız qaldı

Bakı. Trend:

Güclü küləklə müşayiət olunan leysan yağışları Çexiyanınqərb hissəsində çaylarda suyun səviyyəsinin artmasında, dəmir yolunun 20 məntəqəsində qatarların hərəkətinin dayanmasında və Plzen diyarında 30 min ailənin elektrik enerjisiz qalmasına səbəb olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çex televiziyası xəbər verib.

Bildirilir ki, çaylarda suyun səviyyəsi Praqa şəhərində, Mərkəzi Çexiya və Plzen diyarlarında artıb.

Məlumata əsasən, Praqada və Mərkəzi Çexiya diyarında birinci səviyyəli (mövcud 3 səviyyədən ən zəifi), Plzen diyarında isə ikinci səviyyəli daşqın təhlükəsi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti