...

Avstraliyanın iri şəhəri karantinə bağlanır

Dünya xəbərləri Materials 30 İyun 2021 10:52 (UTC +04:00)
Avstraliyanın iri şəhəri karantinə bağlanır

Bakı. Orxan Nəbiyev - Trend:

Mərkəzi Avstraliyanın ən iri şəhəri Elis-Sprinqs 3 günlük karantinə bağlanıb.

Trend-in məlumatına görə, karantin qərarı qızıl mədənində işləyən şaxtaçılar arasında koronavirusa yoluxma hallarının artması ilə əlaqədar verilib.

Qeyd olunur ki, mədənçilərdən birində COVID-19 infeksiyasının "Delta" ştammı aşkar edilib. Onun təxminən 900 nəfərlə ünsiyyətdə olduğu ehtimal olunur.

Qərara əsasən, bu gündən etibarən Elis-Sprinqs şəhərinə giriş-çıxış bağlanır, şəhər ərazisində hərəkət məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti