Bakı. Trend:
Dubay rəhbərliyi limanda dayanan gəmilərdən birində partlayışın olduğu barədə məlumatı təsdiqləyib.
Trend xəbər verir ki, səlahiyyətlilərin sözlərinə görə, alovlanma gəminin göyərtəsində yerləşən və içində tez alışan maddələrin olduğu konteynerlərdən birinin partlaması nəticəsində baş verib.
Mülki müdafiə idarəsi yanğını nəzarət altına ala bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
XXX
00:36
Dubayda Jebel-Ali limanının ərazisində güclü partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə limanda olan gəmidə qeydə alınıb.
Partlayışdan sonra gəmidə yanğın başlayıb. İlkin məlumata əsasən hadisə neft tankerində olub.