...

Floridada yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb

Dünya xəbərləri Materials 9 İyul 2021 03:51 (UTC +04:00)
Floridada yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.

Onun sözlərinə görə, bu gün dağıntılar altından daha 4 nəfərin meyiti tapılıb və ölənlərin ümumi sayı 64 nəfərə çatıb: "Daha 4 nəfərin meyiti tapılıb. Ümumilikdə 64 nəfərin ölümü təsdiqlənib".

Dairənin rəhbəri əlavə edib ki, 76 nəfərin taleyi hələki məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti