...

Floridada yaşayış binasının çökdüyü yerdə axtarışlar başa çatıb

Dünya xəbərləri Materials 24 İyul 2021 08:19 (UTC +04:00)
Floridada yaşayış binasının çökdüyü yerdə axtarışlar başa çatıb

Bakı. Trend:

Təcili xidmətləri Sörfsayd rayonunda (Florida ştatı) çoxmərtəbəli yaşayış binasının çökdüyü yerdə ölənlərin axtarışı üzrə əməliyyatı dayandırıblar.

Trend-in NBC" telekanalına istinadən verdiyi məlumata görə, axtarış-xilasetmə qrupları və avadanlıqlar dağıntılar tam təmizləndikdən sonra hadisə yerini tərk ediblər.

Beləliklə, əməliyyatın ümumilikdə 29 gün davam edib. Əməliyyat zamanı 13 ton dağıntı təmizlənib.

Qeyd edilir ki, polis əməkdaşları ölənlərin kimliyinin müəyyən edilməsi üzrə işlərini davam etdirirlər.

Xatırladaq ki, iyunun 24-nə keçən gecə Serfsayd rayonunda çoxmərtəbəli yaşayış binası çöküb. Hadisənin ilk günündə dağıntılar altından 37 nəfəri xilas etmək mümkün olub, daha sonra sağ qalan tapılmayıb. Binanın çökməsi nəticəsində 97 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti