...

Yaxın Şərq və Şimali Afrikada koronavirusun dördüncü dalğası başlayıb

Dünya xəbərləri Materials 29 İyul 2021 21:46 (UTC +04:00)
Yaxın Şərq və Şimali Afrikada koronavirusun dördüncü dalğası başlayıb

Bakı. Trend:

Koronavirusun "Delta" ştammı Yaxın Şərqdə və Şimali Afrikada yoluxma sayında artıma səbəb oldu. Dünyanın bu hissəsində koronavirusun dördüncü dalğası müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə qərb KİV-ləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Bürosuna istinadən xəbər verib.

Büronun direktoru Əhməd əl-Mandxari bildirib ki, xəstəxanaya yerləşdirilən yeni xəstələrin çoxu peyvənd edilməmiş insanlardır: "Hazırda bölgədə COVID-19-un dördüncü dalğasının şahidiyik".

"Delta" ştammı indi Mərakeşdən Pakistana qədər bölgənin 22 ölkəsindən 15-də qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti